Ermənistan orduda əqli qüsurluların xidmətindən imtina edir
Ermənistan orduda əqli qüsurluların xidmətindən imtina edir
25 İyul 2019 16:36 DünyaErmənistanda əqli qüsurlu insanlar və əlilliyi olan şəxslər müvəqqəti olaraq hərbi xidmətə yararsız hesab ediləcək.
Erməni mətbuatı yazır ki, bununla bağlı qərar Ermənistan hökumətinin bugünkü iclasında qəbul edilib.
Layihə orduda son vaxtlar artan insidentlərdən sonra Ermənistan Müdafiə Nazirliyi tərəfindən hazırlanıb.
İclasda bildirilib ki, bu cür insanların xidmət zamanı adaptasiya problemləri olur və bu da hərbi xidmətin təşkilinə mənfi təsir göstərir.
Qeyd edək ki, 2018-ci ilin aprelində Ermənistan hökuməti gözlənilmədən hərbi xidmətdən azad edilməyə əsas verən xəstəliklərin siyahısında dəyişiklik edərək, yüngül əqli qüsurlu şəxslərin də orduya çağırılması ilə bağlı qərar qəbul etmişdi.
Xatırladaq ki, son vaxtlar Ermənistan ordusunda silahlı insidentlərin sayı artıb. Dünən Azərbaycanın işğal olunmuş Qarabağ ərazisində erməni hərbçi əsgər yoldaşına atəş açdıqdan sonra meyiti tapılıb.