Yerevanda binaların birində partlayış baş verib

Yerevanda binaların birində partlayış baş verib

Ermənistanın paytaxtı Yerevanda binaların birində baş verən partlayış nəticəsində xəsarət alan şəhər sakini qəlpə yaraları ilə xəstəxanaya çatdırılıb. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, bu ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, insident iyulun 25-də günorta saatlarında baş verib. Partlayışın baş verdiyi binaya və ətrafdakı əraziyə minaaxtaranlar və kinoloqlar göndərilib. Nazirliyin böhran vəziyyətlərinin idarə edilməsi mərkəzinin əməliyyat qrupu Yerevanın Koçinyan küçəsində başqa partlayıcı qurğuların olub-olmadığını araşdırır.

Bildirilir ki, partlayışın baş verdiyi binada minaatan mərmisi tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31