Daha bir Avropa ölkəsi "od tutub yanır"

Daha bir Avropa ölkəsi "od tutub yanır"

Belçikada havanın temperaturu 39.9 dərəcəyə qədər qalxıb.

Olaylar.az bildirir ki, Belçika Krallığı Meterologiya İnstitutu tarixdə ilk dəfə "qırmızı həyəcan" elan edib.

Sağlamlıq problemləri olan insanların xüsusilə diqqətli olması üçün əhaliyə xəbərdarlıq edilib.

Bildirilib ki, temperatur gündüz saatlarında 30, gecələr 20 dərəcəyə düşəcəyi halda xəbərdarlıq narıncı səviyyəyə endiriləcək.

yeni sabah

Almaniyada rekord dərəcədə isti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31