Növbəti dərs ilindən oğlanlar da məktəbə ətək geyinə biləcək
Növbəti dərs ilindən oğlanlar da məktəbə ətək geyinə biləcək
25 İyul 2019 12:34 DünyaTayvanın Yeni Taipei şəhərində Banqiao məktəbində təhsil alan oğlan şagirdlərə ətək geyinmək üçün icazə verilib.
Olaylar.az xəbər verir ki, bu barədə Banqiao məktəbinin rəhbərliyi açıqlama verib. O bildirib ki, bundan sonra oğlan şagirdlər də qızlar kimi ətəklə məktəbə gələ bilərlər.
Məktəb rəhbərliyi bu qərarın gender bərabərsizliyinin balanslaşdırılması məqsədilə verildiyini vurğulayıb.
Yeni dərs ilindən oğlan şagirdlər də ətək geyinərək dərslərdə iştirak edə biləcəklər. Bu qərarla şagirdlərin heç nəyə məcbur edilmədiyi, onlara özlərini ifadə azadlığı verildiyi sərgilənəcək.
Ölkənin Təhsil Nazirliyi də bu qərarı dəstəkləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31