Berdiməhəmmədov şayiələrdən sonra ilk dəfə üzə çıxdı

Berdiməhəmmədov şayiələrdən sonra ilk dəfə üzə çıxdı

Türkmənistan Prezidenti Qurbaqulu Berdiməhəmmədov uzun müddətdən sonra ilk dəfə ictimaiyyət arasına çıxıb.

Olaylar.az xəbər verir ki, Berdiməhəmmədov 9 gündən sonra ilk dəfə dövlət televiziyasında çıxış edib.

Qeyd edək ki, Berdiməhəmmədovun ölüm xəbəri 21 iyulda Rusiya mətbuatı tərəfindən yayılmışdı. Mətbuatda xəbərin əsas mənbəyi olan türkmən müxalif ekspert Aslan Rubayev sonradan Berdiməhəmmədovdan üzr istəmişdi.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31