Ukrayna Krıma “milli muxtariyyət” vermək niyyətindədir

Ukrayna Krıma “milli muxtariyyət” vermək niyyətindədir

Vladimir Zelenskinin başçılığı ilə Ukrayna Konstitusiyasına Krımın "milli muxtariyyət" maddəsi salına bilər.

Olaylar.az  xəbər verir ki, bunu Ukrayna liderinin siyasi məsələlər üzrə müşaviri Nikita Poturayev deyib.

Onun sözlərinə görə, Krım və Donbasdakı alt komitələrə bölünmüş "işğal olunmuş ərazilərdə" parlament komitəsinin prototipi artıq mövcuddur.

Poturayev XIX əsrin əvvəllərində Ukraynanın Krım xanlığı ilə necə əməkdaşlıq etdiyini izah edib.

Bundan əvvəl də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksandr Turçinov ölkənin dəniz qüvvələrinin tarixinin 1000 ildən çox olduğunu bildirmişdi.

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31