Ruslar, iranlılar və ərəblər Türkiyəyə axışır

Ruslar, iranlılar və ərəblər Türkiyəyə axışır

2019-cu ilin ilk yarısında Türkiyədə daşınmaz əmlak almaq üçün ərizə ilə müraciət edənlərin sayı keçən ilin əvvəliylə müqayisədə 2,8 dəfə artıb.

Olaylar.az  xəbər verir ki, bu məlumatı "Prian.ru" saytı yayıb. Sayt 2019-cu ildə xaricilərin Türkiyədə 3900 daşınmaz əmlak aldığını və bunun da 62,5% artım anlamına gəldiyini bildirib. Türkiyədə daşınmaz əmlakı əsasən İraq, İran, Rusiya, Əfqanıstan və Səudiyyə Ərəbistanı vətəndaşları alıblar.

Sayta açıqlama verən ekspert Anastasi Faley Türkiyədə daşınmaz əmlaka tələbatın lirənin dəyər itirməsi ucbatından artdığını bildirib:

"Lirə ilin ilk yarısında dollara münasibətdə 8% ucuzlaşıb. Artıma başqa səbəb isə Türkiyədə daşınmaz əmlak alışının həm də yaşayış izni alınmasına yardım etməsidir".

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31