Rüfətin paltarını geyinən müğənni gecənin zövqsüzü oldu - Fotolar

Rüfətin paltarını geyinən müğənni gecənin zövqsüzü oldu - Fotolar

Amerikalı hip-hop ifaçısı Lil Kimin "Bet Awards 2019"mərasimindəki geyimi tənqidlərə məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, Türkiyə KİV-lərinin yazdığı məlumata görə, 44 yaşlı sənətçinin azərbaycanlı modelyer Rüfət İsmayıl dizaynlı paltarı sosial şəbəkələrdə məsxərəyə qoyulub.  

İlk dəfə podiumda Çağla Şikelin təqdim etdiyi, daha sonra Xalq artisti Aygün Kazımovanın istifadə etdiyi libasın Liliyə yaraşmadığı qeyd olunub. Hətta L. Kim sözügedən geyimi ilə gecənin ən zövqsüzü seçilib. 

Mövzu barədə Rüfətin "Posta" qəzetində açıqlaması dərc olunub.

"2018-ci ilin kolleksiyasına aid bir paltardır. İlk dəfə Çağla Şikel dəfilədə geyindi. Lil elə bunu Çağlanın podium fotolarında bəyəndi. Mən ona başa saldım ki, geyim uzunboylu və arıq xanımlar üçün nəzərdə tutulub. Lakin o, israr etdi və gecəyə bu libasda qatıldı", - deyə dizayner bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31