Rusiyada ticarət mərkəzində atışma olub

Rusiyada ticarət mərkəzində atışma olub

Rusiyanın Tümen şəhərində yerləşən "Kristall" ticarət-əyləncə mərkəzində atışma olub.

Olaylar.az  xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin Tümen vilayəti Daxili İşlər İdarəsinin Mətbuat xidmətindən bildiriblər.

Mərkəzdə olan insanlar təxliyyə edilib. Xəsarət alan olmayıb.

Hadisənin səbəbi araşdırlır.

Qeyd edək ki, "Kristall" Tümenin ən böyük ticarət-əyləncə mərkəzlərindəndir. Onun sahəsi 100 min kv. metrdir. Mərkəzdə 180-dən artıq mağaza, kafe, restoran və kinoteatr yerləşir.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31