Gürcüstanda DİN rəhbərinin istefası tələbi ilə avtoyürüşlər keçirilib
Gürcüstanda DİN rəhbərinin istefası tələbi ilə avtoyürüşlər keçirilib
3 İyul 2019 17:32 DünyaGürcüstanın paytaxtı Tbilisidə daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə avtoyürüş keçirilib.
Olaylar.az xəbər verir ki, "Qaxaria get", "Rusiya işğalçıdır" şüarı altında keçirilən etiraz yürüşünü müxalif Vahid Milli Hərəkat Partiyasının tərəfdarları və ictimai fəallar təşkil ediblər.
Paytaxtın Birinci Respublika meydanından başlayan avtoyürüş hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişviliyə məxsus biznes mərkəzə qədər davam edib.
Analoji aksiya Qori, Zuqdidi və Telavi şəhərlərində də keçirilib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31