İraqlı uşaqları öldürüb cəsədlə foto çəkdirən ABŞ zabiti – Azadlıqda

İraqlı uşaqları öldürüb cəsədlə foto çəkdirən ABŞ zabiti – Azadlıqda

ABŞ dəniz donanmasının zabiti Edvard Kallager azadlığa buraxılıb.

Olaylar.az xatırladır ki, donanma zabiti bir neçə iraqlı mülki insanı öldürməkdə, müalicə alan İŞİD üzvünü bıçaqlamaqda və cəsədi ilə foto çəkdirməkdə ittiham olunurdu.

Edvard bu ittihamlarla 2017-ci ildə məhkəmə qarşısına çıxarılmışdı.

Ancaq onun özü bu ittihamları rədd edib və düz 201 gün həbsxanada yatmalı olub.

İki il davam edən məhkəmə çəkişməsinin sonunda dəniz piyadası İŞİD üzvünün cəsədi ilə foto çəkdirmək istisna olmaqla digər ittihamlardan bəraət alıb. Azadlığa çıxan dəniz piyadasını xanımı qarşılayıb.

ABŞ Prezidenti Donald Trampın vəkili də bunu böyük qələbə kimi şərh edib.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31