Müğənni siyasi qalmaqal səbəbindən özünə Rusiya ilə bağlı qadağa qoydu

Müğənni siyasi qalmaqal səbəbindən özünə Rusiya ilə bağlı qadağa qoydu

"Hamınızı əmin edirəm ki, bir daha Rusiyada konsert verməyəcəyəm".

Olaylar.az xəbər verir ki, bu sözləri Gürcüstanlı məşhur caz müğənnisi Nino Katamadze öz "Facebook" ünvanından paylaşıb.

Müğənni həmçinin etirazçılarla həmrəy olduğunu bəyan edərək Gürcüstan hökümətindən Müdafiə Naziri Georgi Qaxariyanın istefasını tələb edib.

Qeyd edək ki, məşhur gürcü bəstəkarı və müğənnisi Nino Katamadze iyun ayının 20-də Gürcüstanda antirusiya mitinqlərindən 2 gün sonra Moskvada caz festivalında iştirak edib. Nəticədə Gürcüstan ictimaiyyətinin tənqidlərilə üzləşib. Bundan sonra o etirazçılarla həmrəy olduğunu və bir daha Rusiyada konsert verməyəcəyini bəyan edib.

ayna

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31