Marşal paytaxtı qana boyadı: 40 ölü, 80 yaralı
Marşal paytaxtı qana boyadı: 40 ölü, 80 yaralı
3 İyul 2019 13:12 DünyaLiviya rəsmiləri Tripoli yaxınlığında qaçqınların yerləşdirildiyi mərkəzin vurulması nəticəsində ən azı 40 nəfərin öldüyünü, 80 nəfərin yaralandığını açıqlayıblar.
Olaylar.az xəbər verir ki, bu barədə AFP informasiya yayıb.
Hücum paytaxt yaxınlığındakı Tacura bölgəsinə edilib. Hücumun edildiyi düşərgədə əksəriyyəti afrikalı olan 120 qaçqın olub. Ölənlərin sayının artması istisna edilmir.
Xatırladaq ki, Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun hərbi hava qüvvələri Tripolidəki hədəflərə zərbə endiriləcəyini açıqlamışdı.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31