İran bütün dünyaya ELAN ETDİ - Ruhani tarix açıqladı
İran bütün dünyaya ELAN ETDİ - Ruhani tarix açıqladı
3 İyul 2019 12:57 Dünyaİran zənginləşdirilmiş uranın səviyyəsini 3,67-ə çatdıracaq.
Olaylar.az xəbər verir ki, bunu ölkə prezidenti Həsən Ruhani deyib.
Prezident bildirib ki, artım iyulun 7-dən etibarən başlayacaq.
"Nüvə sazişinə bağlı qalan tərəflər verdikləri vədi yerinə yetirməsələr, Araq Nüvə reaktoru keçmişdəki fəaliyyətinə yenidən başlayacaq",- Ruhani qeyd edib.
Bildirib ki, razılaşmanın digər tərəfləri vədlərinə sadiq qalsa, İran da öhdəliklərini yerinə yetirəcək.
İran prezidenti, həmçinin, Avropa və ABŞ-a müzakirə çağırışı edib.
Qeyd edək ki, İran mayın 8-də ABŞ-ın sanksiyalarına qarşı zənginləşdirilmiş uranın həcmini artıracağını açıqlamışdı.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31