Britaniya kəşfiyyatı rusca bilən işçilər axtarır

Britaniya kəşfiyyatı rusca bilən işçilər axtarır

Böyük Britaniyanın kəşfiyyat orqanlarına rus dilini bilən əməkdaşlar axtarılır.

Olaylar.az xəbər verir ki, bununla bağlı qurumun rəsmi saytında müvafiq vakansiyalar açılıb.

"Mİ5, Mİ6 və GCHQ-ya qoşulmaqla Böyük Britaniyanın müdafiəsində açar rol oynaya bilərsiniz", - vakansiya mətnində deyilib.

Əməkdaşlıq üçün müraciət edənlərin qarşısına qoyulan əsas tələb rus dilindəki audio materialları və canlı yayımları anlaya bilməkdir. Namizədlər həmçinin rus dili bilikləri ilə bağlı testdən keçməlidir.

Testlərdən uğurla keçən namizədlərə 32 min funta qədər illik mükafat vəd edilib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31