Avropa parlamentinə 7 uşaq anası rəhbərlik edəcək – Razılaşma
Avropa parlamentinə 7 uşaq anası rəhbərlik edəcək – Razılaşma
3 İyul 2019 12:06 DünyaAvropa Komissiyasına Almaniyanın müdafiə naziri Ursula Von Der Leyen rəhbərlik edəcək.
Olaylar.az xəbər verir ki, Avropa Birliyi liderləri və üzv ölkələr arasında fikir ayrılıqları, nəhayət, dünən Leyen üzərində anlaşma ilə nəticələnib.
Fransa Prezidenti Makron tərəfindən namizədliyi irəli sürülən Von Der Leyen aristokrat ailədən doğulub, 7 uşaq anasıdır.
Əgər Avropa Parlamentindən səs toplaya bilsə növbəti 5 il üçün Avropa Parlamentini ilk dəfə bu xanım idarə edəcək.
Avropa Birliyinin xarici məsələlər və təhlükəsizlik komissarı vəzifəsinə isə İspaniya xarici işlər naziri Josef Borrell, Avropa Mərkəzi Bankının (İMF) rəhbəri isə fransız Kristina Lagerda olacaq.
Lagerda bu vəzifəni tutacaq ilk xanım olacaq.
teleqraf