Amerikalı milyarderlər öz sərvətlərini hara xərcləyirlər?
Amerikalı milyarderlər öz sərvətlərini hara xərcləyirlər?
3 İyul 2019 11:51 Dünya"Walmart" super-marketlər meqaşəbəkəsinin varisi Cim Uolton öz sərvətindən 1 milyard dolları xeyriyyəçiliyə ayıracağını açıqlayıb...
Olaylar.az xəbər verir ki, bu barədə "FoxNews" kanalı məlumat yayıb.
Kanal C.Uoltonun şəxsi varidatını xeyriyyə məqsədlərinə görə vəsiyyət edən və ya bir qismini paylaşan digər milyarderlərə qoşulduğunu xəbər edib.
"Walmart"ın təsisçisi Sem Uoltonun kiçik oğlu sayılan Cim Uolton budan başqa 1,2 miyardlıq səhmlərini xeyriyyə məqsədləri üçün bağışlayıb.

Cim Uolton
Doğrudur, pulların hara gedəcəyi tam məlum deyil. Lakin ailə adətən həmin məbləğləri təhsil və ətraf mühitin mühafizəsinə yardım üçün yaradılan "Uolton ailəsi fondu"na köçürür.
Qeyd olunur ki, Cim Uoltonun təmiz kapiatlı 50,9 milyard dollar təşkil edir.
Onun böyük qardaşı, 49,8 milyardlıq sərvətə sahib olan Rob Uolton 15 milyon dollarlıq səhmlərini xeyriyyəçi fonda köçürüb.

Rob Uolton
Bundan öncə milyarder Uorren Baffet 3 milyard dollarını xeyriyyə fondlarına verəcəyin açıqlayıb. Baffet hətta yaxın 10 il ərzində bütün səhmlərini xeyriyyəçiliyə sərf edəcəyini bildirib.

Uorren Baffet
Təmir alətləri və tikinti materiallarının satışı üzrə dünyanın ən böyük ticarət şəbəkəsi sayılan "Home Depot" şirkətinin həmtəsisçisi Berni Markus da yaşadığı müddətdə sərvətinin böyük bölümünü xeyriyyə məqsədləri üçün verəcəyini bəyan edib.

Berni Markus
Berni Markus 2020-ci ildəki seçkilərdə prezident Donald Trampı dətəkləyəcəyini açıqlayıb.(musavat.com)