Kanadalı nazir Putindən “sitat” gətirdi
Kanadalı nazir Putindən “sitat” gətirdi
3 İyul 2019 11:36 DünyaKanada Xarici İşlər naziri Kristiya Friland Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə keçirilən Ukrayna Konfransındakı çıxışına Rusiya Prezidenti Vladimir Putinin sitatı ilə başlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə RİA yazıb.
"G20 sammiti ərəfəsində o (Vladimir Putin) "Faynənşl Tayms"a müsahibəsi zamanı liberal düşüncənin köhnəldiyini deyib", - Friland deyib.
Onun sözlərinə görə, Kanada bu bəyanatı qınayır, ölkənin baş naziri Castin Trudo isə liberalizm ideyasını yalnız ölkə daxilində deyil, bütün dünyada müdafiə edir.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31