Dubay əmirinin Almaniyaya qaçan xanımı ordan da - Londona getdi

Dubaydan qaçan şahzadə Haya Almaniyadan Londona gedib. Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) dövlət başçısının müavini, baş nazir və Dubay Əmri Şeyx Məhəmməd bin Rəşid əl- Maktumun xanımı, şahzadə Haya Almaniyadan Londona getdiyi və burada qorxu içində yaşadığı iddia edilir.

Dubaydan qaçan şahzadə Haya Almaniyadan Londona gedib.

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) dövlət başçısının müavini, baş nazir və Dubay Əmri Şeyx Məhəmməd bin Rəşid əl- Maktumun xanımı, şahzadə Haya Almaniyadan Londona getdiyi və burada qorxu içində yaşadığı iddia edilir.

BBC kanalı xəbər verir ki, Haya artıq Londonda yaşamağa başlayıb.

İordaniya əsilli, İngiltərə təhsilli Haya Londonun mərkəzində 85 milyon funt sterlinq dəyərində olan bir malikanədə yaşayır.

BƏƏ-nin Hayanın ölkəyə qaytarılmasını tələb edəcəyi təqdirdə İngiltərə ilə diplomatik böhran yaşanacağı gözlənilir.

Məlumata görə, bu tələbin olacağını ehtimal edən Haya artıq İngiltərə Ali Məhkəməsində haqlarını müdafiə etmək üçün hazırlıqlar həyata keçirir. Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31