Bu ölkənin ordusu “qadınlaşır”, qadınları isə “kişiləşir” – RƏZALƏT!

Ermənistan ordusunda mövcud olan əsgər qıtlığı, insan resursu çatışmazlığı rəsmi İrəvanı bir-birindən əcaib üsul və vasitələrə müraciət etmək  məcburiyyəti qarşısında qoyub.Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, əsgər çatışmazlığı probleminə heç cür çarə edə bilməyən İrəvan, ənənəvi problemi qadınların kütləvi şəkildə orduya cəlb edilməsi ilə həll etməyə cəhd edir. Bu məqsədlə yeni kampaniyaya start verən Ermənistan hakimiyyəti "Qadın hərbçilərlə görüş" proqramının icrasına başlayıb. Bu layihəyə əsasən gənc qızların hərbçi qadınlarla görüşləri təşkil edilir, hərb peşəsinin erməni qızlarına sevdirilməsi üçün bütün imkanlardan istifadə edilir. Rəsmi İrəvan hesab edir ki, erməni qadınlarının orduya kütləvi axını təmin olunarsa, bu, ordudakı əsgər çatışmazlığı problemini qismən də olsa həll edə bilər.

Göründüyü kimi, proseslər erməni  ordusunun "qadınlaşdığını" göstərir. Sivil ölkələrdən fərqli olaraq, qadınların xidmətindən sadəcə qərargah və rabitə sektorunda deyil, həm də səngərlərdə faydalanmağa çalışan İrəvan, bununla qadınlardan kişilərə xas dözüm və bacarıq tələb edir. Şübhəsiz, rəsmi İrəvanın qadınları kişiləşdirmək siyasətinin nə dərəcədə effekt verəcəyini zaman göstərəcək. Bu gün isə bəlli olan bir həqiqət var. Bu da erməni ordusundakı rəzalətin davam etdiyi gerçəyidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31