AŞPA səsverməsi: Erməni deputat ruslara yalvardı

AŞPA səsverməsi: Erməni deputat ruslara yalvardı

Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan Rusiyanın AŞPA-ya qayıtmasının əleyhinə səs verdikdən dərhal sonra Rusiya nümayəndə heyətinin üzvü Leonid Kalaşnikovla görüşüb.

Olaylar.az xəbər verir ki, bunu "Joxovurd" qəzetinə açıqlamasında Kalaşnikovun özü deyib:

"Rubinyan səsvermədən dərhal sonra mənim yanıma gəldi. Biz söhbət etdik, şəkil çəkdirdik. O mənə səsvermə ilə əlaqədar səbəbləri dedi və mən da ona fikrimi dedim", - o bildirib.

Qeyd edək ki, Rusiyanın AŞPA-ya geri qaytarılması ilə bağlı səsvermədə Ermənistanın 4 nəfərlik nümayəndə heyətindən bir nəfər (Mənim Addımım Blokunun nümayəndəsi) bunun əleyhinə səs verib, daha bir üzv isə səsvermədə iştirakdan imtina edib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31