Əlcəzair parlamentinin sədri istefa verib
Əlcəzair parlamentinin sədri istefa verib
2 İyul 2019 17:09 DünyaƏlcəzair Milli Xalq Məclisinin (parlament) sədri Muad Buşareb istefa verib.
Olaylar.az xəbər verir ki, Al Arabiya telekanalının bu gün yaydığı məlumata görə, növbəti 15 gündə parlamentin işinə Əbdərrəzak Tariş rəhbərlik edəcək. Buşarebin istefasının səbəbləri açıqlanmır.
Xatırladaq ki, aprelin 2-də Əlcəzair prezidenti Əbdüləziz Buteflika izdihamlı etiraz aksiyaları fonunda postunu tərk edib. Dövlətin müvəqqəti başçısı Əbdülqadir bin Salehin səlahiyyət müddəti isə iyulun 9-da başa çatır.
azərtac
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31