Qarabağ separatçılarının yeni başçısı… – Paşinyan açıqladı

Qarabağ separatçılarının yeni başçısı… – Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyanın gələn il Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ böləsində keçiriləcək "prezident seçkisi" üçün namizədi bəlli olub.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "Jamanak" qəzeti yazıb.

Nəşrin iddiasına görə, Paşinyanın namizədi Qarabağdakı separatçı rejimin "sabiq müdafiə naziri" Movses Akopyandır:

"Paşinyan Akopyanın seçkidə qələbə qazanacağına əmindir. O, bu yarışda Bako Saakyanın namizədi Vitali Balasanyanı məğlub etməyə çalışacaq".

Əlavə edək ki, Qarabağ separatçılarının başçısı Bako Saakyan gələn il baş tutacaq "seçki"də iştirak etməyəcəyini açıqlayıb. Onun separatçı rejimin "təhlükəsizlik şurasının başçısı" Vitali Balasanyanı dəstəkləyəcəyi iddia olunub.

teleqraf

Ermənistanın keçmiş baş prokurorunun həbsi tələb edilir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31