"ABŞ İranı hansı üzlə danışığa çağırır?" - Pezekiyan
"ABŞ İranı hansı üzlə danışığa çağırır?"- Pezekiyan
2 İyul 2019 16:41 DünyaABŞ-la dialoq aparmaq mümkün deyil.
Olaylar.az xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Məsud Pezeşkiyan Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla görüşdə deyib. Onun sözlərinə görə, İran nüvə razılaşmasının şərtlərinə əməl etsə də, ABŞ birtərəfli qaydada bu razılaşmadan çıxıb ki, bu da razılaşmanın digər tərəfləri üçün təhqirdir:
"Digər tərəfdən onlar öz hərbi gəmilərini Fars körfəzinə göndərir, PUA-larını havaya qaldırırlar. Onlar bizi bunun qarşılığında danışıqlara dəvət etməyə utanmırlar"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31