İrandan qaçan qadına Çaldıranda təcavüz edildi

İrandan qaçan qadına Çaldıranda təcavüz edildi

İrandan Türkiyəyə qeyri-qanuni yolla keçən Burundi vətəndaşı Van vilayətinin Çaldıran mahalında üç nəfərin cinsi istismarına məruz qalıb.

Olaylar.az xəbər verir ki, qaçaq yolla Türkiyəyə keçən Cənubi Afrika ölkəsi olan Burundi vətəndaşına Çaldıran mahalının Alaqaya məhəlləsində hücum edilib.

Qadın polisə məlumat verəndən sonra şübhəli şəxs qismində hər üç şəxs yaxalanıb. Qadına hücum edən şəxslərdən birinin yaşı 18-dən az olduğu üçün sərbəst buraxılıb.

Digər iki şəxs barədə isə həbs qərarı verilib.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31