ABŞ dövlət katibi haqda şok iddia: “İtini gəzdirmək üçün…”

ABŞ dövlət katibi haqda şok iddia: “İtini gəzdirmək üçün…”

ABŞ Konqresi Dövlət katibi Mayk Pompeonun öz mühafizəçilərinə şəxsi işlərini gördürdüyü iddiasını araşdırır.

Olaylar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Mənbənin məlumatına görə, dövlət katibi vəzifəsindən sui-istifadə edərək, mühafizəçilərini şəxsi işlərini görməyə məcbur edir.

Bildirilib ki, Mayk Pompeo tez-tez xüsusilə Diplomatik Təhlükəsizlik Xidmətinin əməkdaşlarına Çin restoranından yemək gətirmək təlimatı verir.

Əlavə olaraq, dövlət katibi xidmətin bir əməkdaşından itini gəzdirmək və salona aparıb-gətirmək üçün istifadə edir. Ən maraqlısı isə budur ki, Pompeo buna görə həmin şəxslərə əlavə məvacib vermir, onların maaşları büdcədən ödənilir.

teleqraf

ABŞ rəsmiləri qədim yəhudi məbədinə gedən yolun açılışında iştirak edib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31