Bulvarda qeyri-adi orqan: Külək və dəniz musiqi ifa edir – Video

Bulvarda qeyri-adi orqan: Külək və dəniz musiqi ifa edir – Video

Xorvatiyada dəniz dalğalarının və küləyin səsini musiqiyə çevirə bilən orqan tikilib.

Olaylar.az xəbər verir ki, bulvarda inşa edilən orqan böyük marağa səbəb olub.

Adriatik dənizi sahilində salınan beton sahil 80 metrdir və bir neçə pillədən ibarətdir. Qurğu dəniz və günəş enerjisi ilə çalışır.

Layihənin müəllifi, memar Nikola Bassiydir.

Uzun beton sahil İkinci Dünya Müharibəsində qurulsa da, turistlərin diqqətini cəlb etmirdi. Bulvara verilən yeni dizayn isə buranı turistlərin ən sevimli məkanlarından birinə çevirib.

Məkandan video-görüntünü təqdim edirik:

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31