Şahzadə Diananın sevimli əşyası hərraca çıxarıldı
Şahzadə Diananın sevimli əşyası hərraca çıxarıldı
2 İyul 2019 14:56 DünyaMərhum Uels şahzadəsi Diananın sevimli pambıq idman gödəkçəsi Bostonun "RR Auction" auksionunda hərraca çıxarılıb.
Əşyanın ilkin satış qiyməti 5 ABŞ dolları təşkil edib. Auksion evinin nümayəndələri bildiriblər ki, gödəkçə əla vəziyyətdədir.
Maraqlıdır ki, Diana hər fiziki məşq günü məhz həmin idman gödəkçəsini geyinirmiş. Şahzadənin şəxsi məşqçisinin sözlərinə görə, məşq zamanı eyni geyimlərdən istifadə edən Diana bununla paparazzilərə onun yeni şəkillərini satmalarında mane olmağa çalışırdı.
Qeyd edək ki, Uels şahzadəsi Diana 1997-ci il avqustun 31-də Paris şəhərində düşdüyü avtomobil qəzasında həyatını itirib. Qəzanın dəqiq səbəbi hələ də məlum deyil.
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31