Hindistanda təyyarə uçarkən yanacaq çəni düşdü
Hindistanda təyyarə uçarkən yanacaq çəni düşdü
2 İyul 2019 13:44 DünyaHindistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcının uçuş zamanı yanacaq çəni yerə düşüb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hadisə ölkənin cənubunda, Tamilnad ştatında baş verib.
Yanacaq çəni kənd ərazisində fermaların birinə düşüb. Çənin düşdüyü yerdə yanğın başlayıb.
Yanğının qarşısı qısa müddət ərzində alınıb, hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31