Ərinin qucağında oturduğu üçün cərimə ödəyəcək
Ərinin qucağında oturduğu üçün cərimə ödəyəcək
2 İyul 2019 12:32 Dünya44 yaşlı Devid Bekhem və həyat yoldaşı Viktoriya Bekhem yol hərəkət qaydalarını pozublar.
Musiqi festivalından qayıdan cütlük yol kameraları tərəfindən görüntüləniblər. Hadisə Londonda baş verib.
Festivaldan qayıdan cütlüyün yanında dostları da olub. "Range Rover" markalı avtomobilin arxa oturacağında dörd nəfər əyləşib. Qanuna görə burada 3 nəfərdən artıq adam otura bilməz. Viktoriyanın ərinin qucağında oturması və başını aşağı əyərək, polisləri aldatmağa çalışması ona baha başa gəlib.
45 yaşlı ulduz bunun üçün 100 funt-sterlinq cərimə ödəməli olacaq.
axsam
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31