Dünya iqtisadiyyatına 240 milyard dollar ziyan dəyəcək
Dünya iqtisadiyyatına 240 milyard dollar ziyan dəyəcək
1 İyul 2019 22:17 DünyaQlobal istiləşmə nəticəsində 2030-cu ilə qədər dünya iqtisadiyyatına 240 milyard dollar ziyan dəyə bilər.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının bu gün dərc etdiyi hesabatda bildirilib.
Qeyd olunub ki, planetdə gedən iqlim dəyişikliyi nəticəsində 2030-cu ilədək yer üzündə 80 milyon iş yeri azala bilər. Zərərin, əsasən, Cənubi Asiya və Qərbi Afrika ölkələrində olma ehtimalı daha böyükdür.
Vurğulanıb ki, qlobal istiləşmə nəticəsində yaranan mənfi proseslər varlı və kasıb təbəqə arasında bərabərliyi daha da dərinləşdirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31