General 6 türkü azad etməli oldu
General 6 türkü azad etməli oldu
1 İyul 2019 17:18 DünyaFeldmarşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu tərəfindən saxlanılan 6 Türkiyə vətəndaşı sərbəst buraxılıb.
Olaylar.az xəbər verir ki, gəminin sahibi 6 Türkiyə vətəndaşını hüquq-mühafizə orqanından alaraq geri qaytarıb.
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi 6 vətəndaşın Haftarın qanunsuz birləşmələri tərəfindən saxlanıldığını bəyan etmişdi: "Bu hərəkətlər quldurluq və piratçılıq aktı kimi qiymətləndirilir. Türkiyə öz vətəndaşlarının tezliklə azad edilməsini istəyir. Əks halda general Haftarın qüvvələrinə layiqli cavab veriləcək".
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31