Tehranda 11 məktəb bağlana bilər - Səbəb pul...

Tehranda 11 məktəb bağlana bilər - Səbəb pul...

İranın paytaxtı Tehranda mülkiyyət hüququ qurumlardan birinə aid olan 11 məktəbin bağlanması ilə 8 min məktəblinin taleyi naməlum qalacaq.

Bunu İranın Tehran Şəhər Təlim-Təhsil İdarəsinin baş direktorunun müşaviri Məsud Seqəfi deyib.

M.Seqəfinin sözlərinə görə, Tehran şəhərində 11 məktəbin ərazisinin mülkiyyət hüququna sahib qurumlardan biri bu məktəblərin bağlanmasına qərar verib.

Tehranda 4 mindən çox məktəbin fəaliyyət göstərdiyini deyən Seqəfi əlavə edib ki, hazırda 47 məktəb fiziki, 23 məktəb isə hüquqi mülkiyyətdir:

"Mülklərin satışı və kirayəsi ilə bağlı qiymətlərin artması bəzi fiziki mülk sahiblərinin təlim-təhsil idarəsinə təzyiqini həddindən artıq çoxaldıb. Nəticədə, hüquqi şəxslərin də təzyiqləri artıb".

Seqəfi təzyiqlərin artdığı halda, 11 məktəbi ləğv etməkdən başqa çarənin qalmadığını deyib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31