Ölkə şokda: Nəfəs alan xəstəxanalıq olur
Ölkə şokda: Nəfəs alan xəstəxanalıq olur
1 İyul 2019 16:01 DünyaMalayziyanın Pasir Qudanq şəhərində bir həftədir davam edən çirkli hava şəraitinə görə 130 nəfər xəstəxanaya aparılıb.
Olaylar.az xəbər verir ki, xəstəxanaya aparılan insanlara nəfəs çatışmazlığı, baş gicəllənməsi, ürəkbulanma və qusma diaqnozu qoyulub.
Çirkli havaya əsasən orta məktəb şagirdləri və müəllimlərin məruz qaldığı müəyyən olunub.
Pasir Qudanqda bəzi fabriklərdən çıxan tüstünün atmosferin çirklənməsinə yol açdığı təsbit edilib. Buna görə, ölkə miqyasında 111 orta məktəb tətilə göndərilib.
3 ay əvvəl isə şəhər yaxınlığında yerləşən Kim Kim çayına 20 ton zəhərli kimyəvi maddə qalığı atılması səbəbindən 103 nəfər xəstəxanaya aparılmışdı.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31