Qarabağ separatçılarının başçısı qətliama görə həbs edilə bilər
Qarabağ separatçılarının başçısı qətliama görə həbs edilə bilər
1 İyul 2019 15:23 DünyaAzərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların başçısı Bako Saakyan 2008-cil martın 1-də İrəvanda baş vermiş qətliama görə istintaqa cəlb edilə bilər.
Olaylar.az xəbər verir ki, Ermənistanın Xüsusi İstintaq Xidməti Saakyanın qətliamda iştirakını araşdırır.
Xidmətin rəhbəri Sasun Xaçatryan bununla bağlı jurnalistlərin ünvanlandığı suala cavab verməkdən imtina edib.
"İndi tətildəyik, bu məsələ hələlik müzakirə olunmur, işimizə baxaq", - deyə Xaçatryan bildirib.
Erməni KİV iştirakı təsdiq ediləcəyi halda Qarabağ separatçılarının başçısının həbs olunacağını yazıb.
Qeyd edək ki, 2008-ci il martın 1-də İrəvanda Ermənistan hakimiyyəti əleyhinə keçirilmiş aksiyalarda 20-yə yaxın insan həlak olub. Sabiq prezident Robert Köçəryan qətliamın sifarişçisi ittihamı ilə həbs edilib.
teleqraf