Moskvadan Balkan mesajı: Gülünc cəhddir
Moskvadan Balkan mesajı: Gülünc cəhddir
1 İyul 2019 15:13 DünyaRusiyanı Balkanlardan çıxarmaq və onun Serbiyada təsirinin güclənməsinin qarşısını almaq cəhdləri gülüncdür.
Olaylar.az xəbər verir ki, bunu "RİA Novosti" agentliyinə müsahibəsində Rusiyanın Serbiyadakı səfiri Aleksandr Boçan Xarçenko deyib. Onun sözlərinə görə, Rusiyanı tamamilə əsassız şəkildə Balkan ölkələrinin daxili işlərinə müdaxilədə ittiham edirlər.
Xarçenko həmçinin avroatlantik inteqrasiyanı davam etdirdikcə Şimali Makedoniyanın etnik problemlərinin daha da dərinləşəcəyini bildirib:
"Şimali Makedoniyadakı albanlar öz tələblərini daha aktiv şəkildə irəli sürürlər. Rəsmi Tirananın təşviqi ilə onlar 2001-ci ildə Makedoniyadan olan slavyanlarla albanlar arasında konfliktin qarşısını alan Oxrid razılaşmasını pozurlar. Davam edən daxili böhran Qərbin bu ölkəyə birmənalı müdaxiləsi ilə bağlıdır".
axar