Fransada şiddətli istilər minlərlə balığın məhvinə səbəb olub
Fransada şiddətli istilər minlərlə balığın məhvinə səbəb olub
1 İyul 2019 14:46 DünyaFransada şiddətli istilər nəticəsində minlərlə balıq məhv olub.
Olaylar.az xəbər verir ki, Fransanın Buş-dü-Ron (Bouches-du-Rhone) departamentindəki Bolmon gölündə minlərlə balıq ölərək suyun üzünə və sahilə çıxıb.
Gölün yerləşdiyi Marinyan (Marignane) şəhərinin meri hadisəni təbii fəlakət adlandırıb və bunun Fransada artıq bir neçə gündür davam edən şiddətli istilər nəticəsində baş verdiyini bildirib. Balıqların, həddindən artıq isti keçən havalar səbəbindən suda oksigen çatışmazlığı nəticəsində məhv olduqları güman edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31