Rusiya Fondu Rusiyada qadağan edildi
Rusiya Fondu Rusiyada qadağan edildi
1 İyul 2019 13:59 DünyaAmerikanın Azad Rusiya Fondu Rusiyada arzuolunmaz təşkilat elan edilib.
Olaylar.az xəbər verir ki, bu məlumatı Rusiya Baş Prokurorluğu yayıb. Belə ki, bu təşkilatın ölkənin təhlükəsizliyi və konstitusiya nizamının əsaslarına təhdid kəsb etdiyi vurğulanıb.
Qeyd edək ki, Azad Rusiya Fondu rusiyalı miqrantlar tərəfindən 2014-cü ildə Amerikada yaranıb. Təşkilatın direktorlar şurasına ABŞ Dövlət katibinin demokratiya məsələləri üzrə eks-köməkçisi Devid Kramer rəhbərlik edir.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31