"Putinə bunun qiymətini göstərəcəyik" - Conson

"Putinə bunun qiymətini göstərəcəyik" - Conson

Rusiya Prezidenti Vladimir Putinin "acığına" London Avropa Birliyini təyin olunmuş vaxtda tərk edəcək.

Olaylar.az xəbər verir ki, bunu Böyük Britaniya baş nazirliyinə namizəd Boris Conson deyib.

Onun sözlərinə görə, bununla da Britaniya Putinə liberalizmin qiymətini göstərəcək.

"Liberalizm yalnız sağ deyil, həmçinin Qərb ölkələrinin çiçəklənməsini təmin edir", - Conson bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin artıq liberalizmin dünyada dominantlıq etmək iqtidarında olmadığını söyləmişdi.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31