Karterdən ŞOK İDDİA: Trampa Ağ Evi tutmağa onlar kömək etdi
Karterdən ŞOK İDDİA: Trampa Ağ Evi tutmağa onlar kömək etdi
28 İyun 2019 21:55 DünyaAmerika lideri Donald Tramp həqiqətdə 2016-cı ildə prezident seçkilərini uduzdu, amma ona Ağ Evi tutmağa ruslar kömək etdilər.
Publika.az "Politico" nəşrinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın sabiq prezidenti Cimmi Karter bildirib.
"Hesab edirəm ki, dəyərli araşdırma Trampın həqiqətdə 2016-cı ildə seçkilərdə qalib gəlmədiyini göstərərdi. O, seçkiləri uduzdu və onu hakimiyyətə gətirib çıxardılar, çünki ruslar onun adından müdaxilə etdilər", - 94 yaşlı keçmiş prezident deyib.
Qeyd edək ki, 2016-cı il prezident seçkilərindən sonra ABŞ-da Rusiyanı seçkilərə müdaxilədə ittiham etdilər. Moskva ittihamları dəfələrlə rədd edib və onları tamamilə əsassız adlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31