Tiflisi qarışdıran rus deputat geri dönmək istəyir
Tiflisi qarışdıran rus deputat geri dönmək istəyir
28 İyun 2019 15:16 DünyaRusiya Dumasının deputatı Sergey Qavrilov yenidən Gürcüstana qayıda bilər.
Olaylar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qavrilovun özü deyib.
"Mənim Gürcüstanla bağlı şəxsi planlarım var. Övladlarımla istilər keçəndən sonra buraya getməyi planlaşdırırdıq", - deyə o bildirib.
Qavrilov həmçinin Tiflisə Parlamentlərarası Pravoslav Assambleyasının rəhbəri kimi gələn zamanı Patriarx Kirilldən xeyir-dua aldığını deyib.
Qeyd edək ki, iyunun 20-də Qavrilovun Parlamentlərarası Pravoslav Assambleyası çərçivəsində Gürcüstan parlamentində spikerin yerində oturması kəskin narazılıq yaratmış, ölkədə indiyə qədər davam edən aksiyalara səbəb olmuşdur.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31