Erməni milyarder Sərkisyanla da görüşdü

Erməni milyarder Sərkisyanla da görüşdü

Ermənistanın eks-prezidenti Serj Sərkisyanla erməni əsilli rusiyalı milyarder Samvel Karapetyan görüşüb.

Bu məlumatı Ermənistan mətbuatı yayıb. Sərkisyanın ətrafı görüşün olması və orada nələrin müzakirə edilməsi haqqında məlumat yaymaqdan imtina edib.

"Qraparak" qəzeti isə Paşinyanla görüşdə Karapetyanın Ermənistana yeni investisiyalar yatırmasının müzakirə edildiyini yazıb. Belə ki, görüşdə Karapetyan investisiya yatırmağa hazır olduğunu bildirib, əsas şərt kimi isə "sıxışdırılmasının dayandırmasını" irəli sürüb.

Qeyd edək ki, Karapetyan bir neçə gündür Ermənistandadır. Bəzi mənbələr onun Ermənistana Kremlin xüsusi tapşırığı ilə gəldiyini deyiblər.

axar


     
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31