İmamoğlu "oğurluq" ittihamlarına cavab verdi - "Hamınızı Allaha həvalə edirəm"

İmamoğlu "oğurluq" ittihamlarına cavab verdi - "Hamınızı Allaha həvalə edirəm"

Türkiyənin CHP partiyasının İstanbul bələdiyyə seçkilərində namizədi Əkrəm İmamoğlu sosial şəbəkədə gecə saat 3-də paylaşdığı video ilə maraq doğurub.

Olaylar.az bildirir ki, İmamoğlu onu oğurluqda ittiham edənləri sərt tənqib edib:

"İmsakda danışmaq o qədər də adətim deyil amma, həqiqətən canım çox sıxılır. Rəqibimdən seçkinin niyə ləğv edildiyini soruşurlar, "oğurladılar" deyir. Daha dəhşətlisi nədir, bilirsinizmi? 3-4 yaşlı uşaqlara kampaniya başladıblar. O günahsız uşaqlarla... Mən sizə bir şey deyim mi? Rəhbərlik nədir ki?! Mən hər şeydən əvvəl 3 uşaq atasıyam. Əsla o uşaqları çirkləndirməyin. Təəssüf, çox təəssüf edirəm. Hamınızı Allaha həvalə edirəm. Bu Ramazan ayında yalan danışırsınız, böhtan atırsınız. Atamın bir sözü var, "Doğruluq və dürüstlük insanı xoşbəxt edər". İnşallah siz də bir gün xoşbəxt olarsınız", - deyə İmamoğlu bildirib. 

Qeyd edək ki, İstanbulda nəticələri ləğv edilən bələdiyyə seçkiləri iyunun 23-də keçiriləcək.

Deputatın oğlu Türkiyədə qəzaya düşdü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31