Deputatın oğlu Türkiyədə qəzaya düşdü
Milli Məclisin üzvü Dilarə Cəbrayılovanın oğlu Türkiyədə qəzaya düşüb.
13 May 2019 11:53 SosialMilli Məclisin üzvü Dilarə Cəbrayılovanın oğlu Türkiyədə qəzaya düşüb.
ONA-nın məlumatına görə, deputatın oğlu Fərid Cəbrayılov mayın 10-da velomoped sürərkən lyuka düşüb. Hadisə nəticəsində onun diz qapağı 3 yerdən çatlayıb.
Fərid Cəbrayılov artıq Bakıya gətirilib, xəstəxanalardan birində müalicə olunur.
Qeyd edək ki, D.Cəbrayılova 27 saylı Sabunçu II Seçki Dairəsindən Milli Məclisə deputat seçilib, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31