Çində meşələr yanır - 24 nəfər həlak olub

Çinin cənub-qərbindəki Muli-Tibet muxtar dairəsində meşə yanğınlarının söndürülməsi zamanı azı 24 nəfər həlak olub.

Daha 30-a yaxın yanğınsöndürənin itkin düşdüyü deyilir.

Bölgədə yanğın iki gündür ki davam edir. Küləyin istiqamətinin dəyişməsi ilə əlaqədar yanğının şiddəti yenidən artıb.

Yanğının qarşısının alınmasına 700-ə yaxın yanğınsöndürən cəlb edilib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31