Avropa Birliyinə  1.2 milyon insan sığınacaq üçün müraciət edib

Avropa Şurası xarici əlaqələr şöbəsindən verilən məlumata görə   emiqrasiya çox avropalını miqrasiyadan daha artıq narahat edir. 

Miqrasiya siyasəti 2015-ci ildə yaşanan miqrant böhranı ilə əlaqədar olaraq Avropada dominantlıq edir. Ancaq Tereza Meyin parlament seçkilərindən öncə, xarici əlaqələr şöbəsi göstərdi ki, çox Avropa vətəndaşı emiqrasiya ilə immiqrasiyadan daha çox maraqlanırlar.

Cənubi və Şərqi Avropadakı 6 dövlət emiqrasiya problemində immiqrasiyda olduğundan daha çox maraqlıdırlar. Bu məlumatı Avropa Şurası Xarici əlaqələr şöbəsi Guardian qəzetinə açıqlamasında deyib.

Sorğuda iştirak edən Ruminiya, İspaniya, Yunanıstan, Macarıstan, Polşa və İtaliyadakı respondentlərin çoxu deyib ki, onlar öz ölkələrinə miqrasiya edənlərdən daha çox öz ölkələrini tərk edənlər barəsində narahatlıq hissi keçirirlər. Bu 6 dövlətin əhali sayında bu səbəbdən kəskin enmə müşahidə olunub, təkcə Ruminiya əhalisi son 10 ildə 10 faiz azalıb. İtaliya, İspaniya və Yunanıstandakı sorğuda iştirak edən respondentlərin əksəriyyəti bildirib ki, onlar emiqrasiya nəzarətini dəstəkləyə bilər.

Bununla belə, şimali və qərbi Avropada bu nəticələrin tam əksi müşahidə olunub. Sorğu nəticəsinə əsasən 20 faiz insan emiqrasiyaya, 32 faiz şəxs isə immiqrasiyaya mənfi yanaşıb.

2015-ci il qeydə alınan Miqrant böhranından bu yana Avropa Birliyinə  1.2 milyon insan sığınacaq üçün müraciət edib. BMT İnsan Haqları Şurası isə bildirib ki, miqrasiya 90 faizdən daha çox göstərici ilə eniş yaşayıb.Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31