Qonşumuzda polislər qovuldu, DİN rəhbəri istefa verdi

İnquşetiyanın Daxili İşlər naziri Dmitri Kava istefaya gedib.

İnquşetiyanın Daxili İşlər naziri Dmitri Kava istefaya gedib.

Bu məlumatı "İnterfaks" agentliyi yayıb. Nazir səlahiyyətlərinin icrası onun müavini Yuri Muravyevə tapşırılıb.

Məlumata görə, Kavanın istefasına səbəb polisin Maqasda təşkil edilən etirazlara yetərli qədər sərt reaksiya göstərməməsi olub.

Sərkisyan Azərbaycana gəldi

Qeyd edək ki, martın 26-da Maqasda İnquşetiya və Çeçenistan arasında imzalanan ərazi mübadiləsi müqaviləsinin ləğv edilməsini tələb edən etiraz aksiyası baş tutub. Etirazlarda Rusiya Milli Qvardiyası ilə etirazçılar arasında toqquşma yaşanıb. Toqquşma zamanı qvardiyanın tağımlarından biri əhalinin müdafiəsinə qalxıb. Bundan iki gün sonra isə onlarla polis vəzifəsindən qovulub.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31