Ukraynada bütün namizədlər Qərbə sərf edir - Rusiya
1 Aprel 2019 14:39 DünyaQərb Ukraynadakı prezident seçkisində qələbə qazanan istənilən namizədi idarə edəcək.
Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Andrey Klimov deyib. Onun sözlərinə görə, Kiyevin Qərbdəki himayədarları hesab edir ki, hazırda onların maraqlarına heç bir təhdid yoxdur:
"Poroşenkonun olduğu kimi, Zelenskinin himayədarlarının Qərbdə öz kuratorları var. Əgər hakimiyyətə gəlib, Rusiya ilə münasibətləri düzəltməyə cəhd etsə, ona bunu etməyə izn verilməyəcək. Poroşenko Qərbi artıq boğaza yığıb. Hazırda prezidentliyə bütün namizədlər Qərb üçün sərfəlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31