Rus biatlonçular kuryoz hadisə ilə üzləşiblər
19 Mart 2019 11:31 DünyaYarış 21-24 martda keçiriləcək.
Rusiyanın biatlon üzrə yığma komandası kuryoz hadisə ilə üzləşib.
"Sport Ekspress" xəbər verir ki, Rusiya Biatlon Federasiyası çarter reysinə vaxtında ödəniş etmədiyi üçün komanda üzvlər Norveçdə keçiriləcək Dünya Kubokunun sonuncu mərhələsinə avtomobillərlə getməli olublar.
Rusiyalı biatlonçuların İsveçin Estersund şəhərindən yarışın baş tutacağı Holmenkollen şəhərinə 8 saata çatdıqları bildirlir.
Qeyd edək ki, İsveçdə baş tutan dünya çempionatından sonra bütün komandalar Norveçə təyyarə ilə yollanıb.
Yarış 21-24 martda keçiriləcək.(report.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31