Tibb tarixində DAHA BİR İLK: xəstə 3000 km məsafədən əməliyyat edildi
19 Mart 2019 11:09 DünyaÇinli beyin cərrahı Linq Jipey tibb tarixində ilkə imza atıb.
Cərrah ilk dəfə video-rabitə vasitəsi ilə Parkinson xəstəsini beyin əməliyyatı edib.
Üç saat davam edən əməliyyat mobil telefon vasitəsi ilə 3000 kilometr məsafədən idarə olunub. Mütəxəssis bu əməliyyatın keçirilməsində 5G texnologiyasından istifadə edib. Ona bu işdə Çin Dövlət Xəstəxanası, "China Mobile" telekommunikasiya şirkəti və "Huawei" yardımçı olub.
Beyninə implant yerləşdirilən xəstənin özünü yaxşı hiss etdiyi bildirilir.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31